Özbəkistan Prezidenti “Turk trade” platformasının yaradılmasını təklif edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
13:30

Özbəkistan Prezidenti “Turk trade” platformasının yaradılmasını təklif edir

21 may, 2025
13:30
666

Özbəkistan Prezidenti “Turk trade” platformasının yaradılmasını təklif edir

“Turk trade” platformasının yaradılması təklif olunub. 

“Sizinxeber.az”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu təkliflə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşü çıxış edib.

Dövlət başçısı TDT-nin iqtisadi inkişafı istiqamətində atılmalı olan addımlardan danışıb:

“Özbəkistan “Turk trade” platformasının yaradılmasını təklif edir. Biz həmçinin birgə investisiya proqramı həyata keçirməliyik”.

Ş.Mirziyoyev həmçinin bildirib ki, Özbəkistan Rusiya-Ukrayna müharibəsinin dialoq yolu ilə həllini dəstəkləyir: 

"Türkiyənin Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində göstərdiyi səylər yüksək qiymətləndirilməlidir".

Bizimlə əlaqə saxlayın