Azərbaycan parlament seçkilərini müşahidə etmək üçün AŞPA-ya dəvət göndərməyib - EKSKLÜZİV
Azərbaycan sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərməyib.
Bu barədə “Report”a diplomatik mənbə məlumat verib.
Bildirilib ki, buna əsas səbəb Avropa Şurası və onun Parlament Assambleyasının, artıq neçə ildir, Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan siyasət yürütməsidir.
Mənbə onu da diqqətə çatdırıb ki, AŞPA müşahidəçi missiyasının seçkilərdə iştirakı yalnız Azərbaycan nümayəndə heyətinin mandatının tanınmasından sonra müzakirə oluna bilər.
Xatırladaq ki, bu il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı səsvermə hüququ məhdudlaşdırılıb və səlahiyyətləri sual altına alınıb. Azərbaycan nümayəndə heyəti öz növbəsində bu qərardan öncə qurumda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Oxşar xəbərlər
AŞPA Xankəndidə və Şuşada ofis açmaq istəyirmiş [xfgiven_updateblue][/xfgiven_updateblue]
AŞPA Bakıya qarşı qətnamə qəbul etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
AŞPA iflasa uğrayan bir təşkilatdır – Səməd Seyidov [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandıraraq iclas zalını tərk etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çavuşoğlu: Azərbaycanın hüquqlarının müdafiəsi boynumuzun borcudur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












