Türkiyə PA-nın idarə rəhbəri: Biz əməkdaşlığımızı daha irəli nöqtələrə aparmaq istiqamətində məsuliyyət daşıyırıq
"Mərhum İsmayıl bəy Qaspıralının Türk dünyası ilə bağlı fikirləri bizim hər birimiz üçün mayak rolunu oynayır".
Sizinxeber.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə Bakıda təşkil olunan “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasına videomüraciətində deyib.
O bu toplantının Türk dünyasının firavanlığı naminə uğurlu olmasını arzulayıb:
“Türk dünyası ölkələri olaraq biz əməkdaşlığımızı daha irəli nöqtələrə aparmaq istiqamətində məsuliyyət daşıyırıq. Dildə birlik əlaqələrimizi və qarşılıqlı anlaşmanı gücləndirmək, bu dilin daşıyıcısı olan nəsilləri yaşatmaq deməkdir. Fikirdə və əməldə birlik isə gənclərin bacarıqlarının inkişafından texnoloji yeniliklərədək hər sahədə birlikdə addımlamaq mənasına gəlir. Yuxarıda bəhs etdiyim məsuliyyət sayəsində hazırkı panel müzakirəsinin intellektual potensialımızı zənginləşdirməklə yanaşı, daha əmin addımlarla irəliləməyimizə ilham qaynağı olmasını arzu edirəm".
Oxşar xəbərlər
Səfir: Türk dünyası kənar təsirlərlə mübarizədə daha effektiv bir platformaya çevrilməlidir
Göhkan Güler: Zəngəzur dəhlizinin açılması Türk dünyası ilə məsafəni daha da qısaldacaq
Bakıda TDT-yə üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə panel keçirilib - FOTO - YENİLƏNİB
Fəxrəddin Altun: BMT-dəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir
Səfir: TDT təkcə regional bir təşkilat deyil, strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
