Prezident İlham Əliyev: Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk
Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk.
"Sizinxeber.az" xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubunda yer alıb.
Məktubda, həmçinin deyilir: “Hazırda ölkələrimiz arasında əlaqələrin dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar yaranmışdır. Siyasi dialoqumuzun müntəzəm xarakter daşıması birgə fəaliyyətimizin inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan iyun ayının əvvəlində Misirə həyata keçirdiyim səfər çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əhəmiyyətini xüsusi vurğulamaq istərdim.
Əminəm ki, dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.
Dövlət başçısı bu bayram günündə Prezident Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Misir Prezidentinə təbrik məktubu göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri Misir Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: “Azərbaycan ilə Macarıstan arasında uğurlu əməkdaşlıq məmnunluq doğurur” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Almaniya Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti kubalı həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












