İlham Əliyev Almaniya Prezidentini təbrik edib
sizinxeber.az xəbər saytı

İlham Əliyev Almaniya Prezidentini təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığı məmnunluq doğurur.

Azərbaycan Almaniya ilə əlaqələri möhkəmləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək əzmindədir. Əminəm ki, həm dövlətlərarası münasibətlərimiz, həm də Avropa İttifaqı çərçivəsində qarşılıqlı maraq doğuran qarşılıqlı fəaliyyətimiz bundan sonra ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Oxşar xəbərlər

Prezident: "Azərbaycan Almaniya ilə əlaqələri möhkəmləndirmək əzmindədir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri İraq Prezidentinə təbrik məktubu göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin Xalq Respublikasının Sədri İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya liderləri İlham Əliyevi təbrik edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər