Ukrayna səfiri: Azərbaycan qlobal çağırışlara məsuliyyətli yanaşmada nümunədir
Kiyev Azərbaycan rəhbərliyinə və xalqına Ukraynanın ərazi bütövlüyünə dəstək göstərdiyinə görə minnətdardır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Qusev Sülh Naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş məqaləsində yazıb.
Səfirin sözlərinə görə, çoxtərəflilik təkcə qlobal forumlar və diplomatik tədbirlər deyil, həm də dünya birliyinin mənəvi kompası uğrunda gündəlik mübarizədir.
"Biz Azərbaycana dövlətimizə göstərdiyi ardıcıl dəstəyinə, humanitar təşəbbüslərinə və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətinə görə dərin minnətdarlığımızı bildiririk", - o yazıb.
Y.Qusev əlavə edib ki, bununla Azərbaycan qlobal çağırışlara məsuliyyətli yanaşmaya və sülhə nail olmaq üçün diplomatiya işinin necə aparılmalı olduğuna dair nümunə göstərir.
Onun fikrincə, diplomatiya öz həyat qabiliyyətini təkcə təntənəli görüşlər çərçivəsində deyil, həm də praktiki qərarlar və addımlarda sübut etməlidir.
Oxşar xəbərlər
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Səfir: Ukrayna müntəzəm humanitar yardıma görə Azərbaycana minnətdardır
Yuri Qusev: Üç il ərzində Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçib
Səfir: Ukrayna Azərbaycanın göstərdiyi yardımı unutmayacaq
Ukrayna səfiri GUAM-ın baş katibi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
