XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
sizinxeber.az xəbər saytı

XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var


Astara terminalının yenilənməsi və körpü qurulması prosesi yekunlaşmaq üzrədir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İqtisadi Əməkdaşlıq İdarəsinin rəisinin müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirəsindən sonra keçirilən sual-cavab sessiyasında deyib.

O qeyd edib ki, Transxəzər nəqliyyat marşrutu Azərbaycanın təşviq etdiyi əsas yoldur:

“Digər istiqamət isə Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Astara terminalının yenilənməsi və körpü qurulması prosesi yekunlaşmaq üzrədir. Astara-Rəşt yolunun maliyyələşdirilməsində isə kiçik problemlər var və bu istiqamətdə tərəflər arasında danışıqlar gedir”.

Oxşar xəbərlər

Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər
RİNN: Rəşt-Astara dəmir yolu xəttinin tezliklə açılmasında maraqlıyıq
XİN rəsmisi: Azərbaycan üçün İƏT-ə üzv ölkələrlə əməkdaşlıq əsas prioritetlərindəndir
ADY: Astara terminalının inşası yükaşırmanı 4 milyon tona çatdıracaq
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər