Ceyhun Bayramov Litva xarici işlər nazirinin müavini ilə görüşüb
14 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasının xarici işlər nazirinin müavini Yulius Praneviçius ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Litva ikitərəfli və çoxtərəfli münasibətləri, regional və beynəlxalq vəziyyət müzakirə olunub.
İki ölkə arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu qeyd edilib, bundan irəli gələn məsələlərin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub. Çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb. Sülh və normallaşma prosesinin irəlilədilməsinin qarşısında duran çağırışlar, o cümlədən Ermənistan konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam edən ərazi iddiaları, Ermənistanın sürətli silahlanması, habelə keçmiş münaqişədən qalma ATƏT-in Minsk Qrupu və aidiyyəti strukturların mövcudluğu məsələsi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Litva Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Litva tərəfindən isə xarici işlər nazirinin müavini Yulius Praneviçius rəhbərlik edib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Moldovanın XİN-in dövlət katibini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov litvalı həmkarını postmünaqişə dövrü barədə məlumatlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələr aparılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












