Rəsmi Moskva: Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti izləyir
sizinxeber.az xəbər saytı

Rəsmi Moskva: Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti izləyir


Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti izləyir.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Bakı və İrəvanı təmkinli olmağa, deeskalasiya ilə bağlı addımlar atmağa, gərginliyə gətirib çıxaracaq hər hansı fəaliyyətdən qaçmağa çağırıb: “Bütün zəruri məsələlər yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”.

Zaxarova vurğulayıb ki, Rusiya Federasiyası sülh müqaviləsinin imzalanması üçün qalan ziddiyyətlərin aradan qaldırılmasında, habelə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalara uyğun olaraq nəqliyyat kommunikasiyalarının açılmasında, sərhədlərin delimitasiyasında və humanitar məsələlərin həllində tərəfdaşlarına kömək etməyə hazırdır.

Oxşar xəbərlər

Zaxarova rusiyalı politoloqun Ermənistana girişinə qadağa qoyulmasına münasibət bildirib
Rusiya XİN: Bütün mübahisəli məsələlər yalnız sülh yolu ilə həll edilməlidir
Rəsmi Moskva politoloq Andranik Miqranyanın Ermənistana girişinin qadağan edilməsini qeyri-dost addım adlandırıb
Zaxarova: Rəsmi İrəvanın özünü daha üçtərəfli razılaşmaların bir hissəsi hesab etmədiyini dediyini eşitməmişəm
Rəsmi Moskva Lavrov-Mirzoyan danışıqlarının bəzi detallarını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle