İlham Əliyev: Azərbaycan Türk dünyası dövlətləri arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib
sizinxeber.az xəbər saytı

İlham Əliyev: Azərbaycan Türk dünyası dövlətləri arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib


Azərbaycan türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

“Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır”, - deyən dövlət başçısı əlavə edib:

“İstərdik ki, bu təşkilat (Türk Dövlətləri Təşkilatı – red.) daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var".

Oxşar xəbərlər

Prezident: Azərbaycan Türk dünyası dövlətləri arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib
Rektor: 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün çox məhsuldar olub
Nazir müavini: Türk Dövlətləri Təşkilatı daha da güclü olacaq
İlham Əliyev: COP zamanı biz Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq
Prezident: Müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər