Almaniya Prezidenti: Azərbaycana səfər ikitərəfli əlaqələrin və regionda sülh prosesinin müzakirəsi üçün yaxşı fürsətdir
sizinxeber.az xəbər saytı

Almaniya Prezidenti: Azərbaycana səfər ikitərəfli əlaqələrin və regionda sülh prosesinin müzakirəsi üçün yaxşı fürsətdir


Azərbaycana səfər Azərbaycan-Almaniya ikitərəfli münasibətlərini və Cənubi Qafqazda sülh prosesini müzakirə etmək üçün yaxşı fürsətdir.

“Sizinxeber.az”un əməkdaşının məlumatına görə, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevlə nümayəndə heyətləri tərkibində keçirilən görüşdə bildirib.

F.Ştaynmayer xatırladıb ki, Azərbaycana son səfəri 9 il əvvəl, xarici işlər naziri vəzifəsində olduğu zaman baş tutub.

"O vaxtdan bəri ciddi geosiyasi dəyişikliklər baş verib. Bakıya qayıtmağıma şadam. Bu, geniş fikir mübadiləsi aparmaq, xüsusilə ikitərəfli münasibətlərin inkişafı və Ermənistanla sülh prosesi məsələlərini müzakirə etmək üçün yaxşı fürsətdir", - Prezident bildirib.

Almaniya Prezidenti, həmçinin xatırladıb ki, 2023-cü ildə Qazaxıstana səfəri çərçivəsində ticarət limanlarını və logistika mərkəzlərini ziyarət edib, o cümlədən “Zərifə Əliyeva” adlı gəmi-bərəsində olub: 

"Bu gəmi həmçinin Azərbaycan ərazisidir. O zaman deyə bilərəm ki, bu səfərdən əvvəl Azərbaycan ərazisində iki dəfə olmuşam".

Oxşar xəbərlər

Nikol Paşinyan və Frank-Valter Ştaynmayer Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər
Almaniya Prezidenti Azərbaycana səfər edəcək
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfərə gəlib
Ştaynmayer: Almaniya və bütün Avropa Cənubi Qafqazda sabitlik olmasında maraqlıdır
İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle