Moldovanın sabiq Baş naziri: Yeni pandemiyalarda fərqli addımlara hazır olmalıyıq
sizinxeber.az xəbər saytı

Moldovanın sabiq Baş naziri: Yeni pandemiyalarda fərqli addımlara hazır olmalıyıq


Səhiyyə sistemini dəyişmək üçün prioritetlər dəyişməlidir.

Sizinxeber.az xəbər verir ki, bu barədə Moldovanın sabiq Baş naziri Çiril Qaburici XII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr" adlı panel müzakirəsində deyib.

Çiril Qaburici qlobal səhiyyə problemləri ilə mübarizədə bəzi hallarda prioritetlərin düzgün seçilmədiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu parçalanma və rəqabəti artırır.

"Biz COVİD pandemiyasını yaşadıq. Oxşar bir hal baş verdiyi halda, yeni pandemiyalar yarandığı təqdirdə, fərqli addımlar atmağa hazır olmalıyıq. Səhiyyə sahəsinə investisiyalar dəyişmir, hərb sənayesinə, müharibələrə qoyulan sərmayələr dəfələrlə artırılıb. Üstəlik, vəsait bölgüsü qeyri-bərabərdir. Bəzi ölkələrin səhiyyə sistemi zəifdir, insanların tibbi xidmətlərə əli çatmır. Səhiyyə sistemini dəyişmək üçün prioritetlər dəyişməlidir. Səhiyyə sahəsində düzgün protokolların hazırlanması vacibdir. Ancaq bu halda fövqalədə vəziyyətlərdə dünya əhalisinə yardım etmək mümkündür", - o qeyd edib.

Oxşar xəbərlər

Nazir: ÜST-nin Akademiyasının təsis edilməsinin tərəfdarıyıq
Səhiyyə naziri: Süni zəkadan ədalətli və qərəzsiz istifadəni təmin etməliyik
İsmail Seragəldin: Qlobal səhiyyəyə ayrılan vəsaitləri artırmalıyıq
Britaniya Lordlar Palatasının üzvü: Qlobal sağlamlıq böhranı bütün millətlərə təsir edir
Səhiyyə Nazirliyi: Gələn il bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər