İsmail Seragəldin: Qlobal səhiyyəyə ayrılan vəsaitləri artırmalıyıq
Qızılca, məxmərək və digər yoluxucu xəstəliklər zəif inkişaf edən ölkələrdə daha geniş yayılıb.
APA xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin Xll Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr" adlı növbəti panel müzakirəsi zamanı deyib.
O bildirib ki, COVID-19 kimi pandemiyaların növbəti dəfə təkrarlanmaması üçün qlobal səviyyədə görülən zəruri tədbirlər daha da genişləndirilməlidir:
“Dünyada yayılan qızılca, məxmərək və digər yoluxucu xəstəliklərə qarşı fəal mübarizə aparılmalıdır. Bu xəstəliklər xüsusilə də zəif inkişaf etmiş ölkələrdə daha geniş yayılıb. Qlobal səhiyyə monitorinqi də önəmli faktorlardan biridir. Eyni zamanda, onu deməliyəm ki, bir neçə il əvvəl pandemiyaların bu qədər geniş yayılmasın təsəvvür edə bilməzdim. Hesab edirəm ki, biz qlobal səhiyyə sahəsinə ayrılan vəsaitləri artırmalıyıq ki, ölkələr pandemiyalara qarşı daha effektiv mübarizə aparsın. COVID-19-dan dünyada xeyli sayda insan həyatını itirmişdi. Biz bu halın növbəti dəfə təkrarlanmasını istəmiriksə, səylərimizi genişləndirməliyik".
Oxşar xəbərlər
İsmail Seragəldin: Qlobal Bakı Forumu hər zaman rasional arqumentlərin irəli sürülməsi ilə yadda qalıb
İsmail Seragəldin: XII Bakı Qlobal Forumunda aktual məsələləri müzakirə edəcəyik
Britaniya Lordlar Palatasının üzvü: Qlobal sağlamlıq böhranı bütün millətlərə təsir edir
XI Qlobal Bakı Forumu başa çatıb
Prezident İlham Əliyev: Qlobal Bakı Forumu aparıcı beynəlxalq platformalardan biridir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
-
Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək
