Simone İnzaqi mövsümün sonunda "Əl-Hilal"ı tərk edəcək
sizinxeber.az xəbər saytı

Simone İnzaqi mövsümün sonunda "Əl-Hilal"ı tərk edəcək


"Əl-Hilal"ın baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanı çempionatında 2025/2026 mövsümünün son oyunundan sonra komandanı tərk edəcək.

"Sizinxeber.az" "TuttoMercatoWeb"ə istinadən xəbər verir ki, 50 yaşlı italiyalı mütəxəssisin gedişinə klub sahibinin dəyişməsi və yayda komandaya cəlb edilən bahalı transferlərin ümidləri doğrultmaması səbəb olub.

İtaliyalı baş məşqçinin istefası, demək olar ki, dəqiqləşib. S.İnzaqinin 2025-ci ilin iyunundan rəhbərlik etdiyi komanda meydana çıxdığı 51 matçda 37 qələbə qazanıb, 12 heç-heçə edib və 2 məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, "Əl-Hilal" turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Zirvədə 33 oyunda 83 xalı olan "Əl-Nəsr" qərarlaşıb. Çempionatın başa çatmasına cəmi bir tur qalıb.

Oxşar xəbərlər

"İnter" baş məşqçisi Simone İnzaqinin gedişini elan edib - YENİLƏNİB
"İnter" Simone İnzaqi ilə yeni müqavilə imzalamağa yaxındır
"İnter"in baş məşqçisi Səudiyyə Ərəbistanı klubunun təklifini rədd edib
İnzaqi iki fərqli komandanın "sükanı arxasında" 100 qələbə qazanan ikinci məşqçi olub
Səudiyyə Ərəbistanı klubu portuqaliyalı baş məşqçi ilə yollarını ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər