Ərdoğan Azərbaycan Prezidenti ilə görüşü barədə danışıb
sizinxeber.az xəbər saytı

Ərdoğan Azərbaycan Prezidenti ilə görüşü barədə danışıb


İğdır-Naxçıvan qaz kəməri sayəsində biz ən azı 30 il ərzində Naxçıvanın bütün təbii qaza olan tələbatını ödəyəcəyik.

"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə danışarkən deyib. 

"Bundan əlavə, mən və qardaşım İlham Əliyev bir çox mühüm məsələlərdə, xüsusilə Ermənistanla sülh danışıqları barədə müzakirə apardıq", - Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. 

Qeyd edək ki, martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Açılış mərasimində bildirilib ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var.

Oxşar xəbərlər

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak edirlər
Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib - CANLI YAYIM
Türkiyə Prezidenti Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib
İğdır-Naxçıvan qaz kəmərinin açılışı Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürüdür - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər