Azərbaycan XİN başçısının müavini Surinamla əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb
sizinxeber.az xəbər saytı

Azərbaycan XİN başçısının müavini Surinamla əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb


Azərbaycan Surinamla əməkdaşlıq üçün energetika, qalıq yanacaq, bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı və təhsil sahələrini əsas istiqamətlər kimi nəzərdən keçirir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Surinama səfəri zamanı yerli televiziyaya müsahibəsində bildirib.

"Biz surinamlı tələbələrin Azərbaycanın aparıcı universitetlərində təhsil alması imkanlarını araşdırır, həmçinin hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığı inkişaf etdiririk. Bundan əlavə, neft və LNG ticarəti diqqət mərkəzindədir ki, bu da nümayəndə heyətimizin tərkibində SOCAR nümayəndələrinin olmasını izah edir.

İqtisadi və biznes perspektivləri də müzakirə olunur və məhz buna görə səfərdə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak edirlər. Onlar iki ölkənin biznes strukturları arasında əməkdaşlığın genişləndirilməsinin müxtəlif yollarını nəzərdən keçirəcəklər", - nazir müavini qeyd edib.

Oxşar xəbərlər

Elnur Məmmədov Surinama səfər edib - FOTO
Səfir: “Ər-Riyad Bakı ilə ticari-iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir” - EKSKLÜZİV
Vyetnam Azərbaycanla təhsil və biznes sahələrində əməkdaşlıq etmək istəyir
Azərbaycanla Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Elnur Məmmədov İƏT üzvlərini COP29-da Azərbaycan nümayəndəliyinin prioritetləri barədə məlumatlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər