TDT: Azərbaycanın tərəfdaşlıq və inteqrasiyaya töhfəsi regionda sülh üçün mühüm rol oynayıb
Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində tərəfdaşlıq və inteqrasiyanın inkişafına verdiyi mühüm töhfə təkcə üzv dövlətlərimiz üçün deyil, həm də regionumuzda sülhün, sabitliyin, təhlükəsizliyin və firavanlığın möhkəmlənməsində mühüm rol oynayıb.
“Report” xəbər verir ki, bu fikirlər Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin “X”dəki hesabında 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan hökumətinə və Azərbaycan xalqına təbrikində yer alıb.
“Türk dövlətləri arasında qardaşlıq və dostluq prinsipləri əsasında qurulmuş TDT müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi fundamental dəyərlərə sadiqliyini qətiyyətlə dəstəkləyir. Fürsətdən istifadə edərək TDT-yə davamlı dəstəyə görə Azərbaycan Respublikasına bir daha dərin minnətdarlığımı bildirmək istərdim. Bu mühüm hadisə ilə əlaqədar bütün Azərbaycan xalqına rifah və firavanlıq arzularımı çatdırıram”, - Kubanıçbek Ömüralıyev qeyd edib.
Oxşar xəbərlər
TDT ilə TİKA arasında Anlaşma Memorandumu imzalanıb
İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”
Prezident: Müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin
Türk Dövlətləri Təşkilatı iqlim dəyişmələri üzrə fəaliyyətlərə başlayıb
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












