Türk Dövlətləri Təşkilatı iqlim dəyişmələri üzrə fəaliyyətlərə başlayıb
sizinxeber.az xəbər saytı

Türk Dövlətləri Təşkilatı iqlim dəyişmələri üzrə fəaliyyətlərə başlayıb


Türk Dövlətləri Təşkilatı iqlim dəyişmələri üzrə fəaliyyətlərə başlayıb.

Bunu "Sizinxeber.az"un Ankara bürosuna açıqlamasında Türk Dövlətləri Təşkilatının keçmiş sözçüsü, "Bizim Dünyamız" Vəqfinin rəhbəri Kahraman Halisçelik Türkiyədə ilk dəfə keçirilən iqlim dəyişmələrinin okean və dənizlərə təsiri ilə bağlı "Mavi Söhbətlər" beynəlxalq konfransında bildirib.

O, deyib ki, bütün dünyada olduğu kimi, Türk dövlətləri də təbii fəlakətlərdən təsirlənir və bununla əlaqədar ortaq çalışmalara başlayıb.

K.Halisçelik bildirib ki, konfransda əsasən dünya sularının mühafizəsi, yeni su mənbələri, suların çirklənməsinə qarşı mübarizə məsələləri müzakirə olunib.

O, deyib ki, tədbirdə səslənən məsələlər Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla da müzakirə olunacaq.

Qeyd edək ki, konfransda dünyanın 25 ölkəsinin diplomatik nümayəndələri, elm adamları, Türkiyə xarici işlər nazirinin müavini Mehmet Kemal Bozay, BMT nəzdində Sülh İnstitutunun Cenevrədəki daimi nümayəndəsi Devid Fernantes Puyana iştirak ediblər.

Tədbir BMT-nin Sülh Universiteti ilə əməkdaşlıq, Türkiyə Xarici İşlər Nazirliyi və Kosta-Rikanın Ankaradakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Oxşar xəbərlər

Prezident: Müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin
İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”
Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir - Qazaxıstan Prezidenti
Türk Dövlətləri Rəqabət Şurası yaradılıb, qurumun növbəti iclası Şuşada keçiriləcək
Prezident: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər