Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır
sizinxeber.az xəbər saytı

Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır


Azərbaycan və Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır.

“Report” xəbər verir ki, bunu ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçısı, Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Layl Şarp söyləyib.

Sabiq səfir tərəflər arasındakı normallaşma prosesini müsbət hesab edir:

“Ölkələr bir-biri ilə vasitəçi olmadan birbaşa danışırlar. Bu, çox böyük addımdır. Rusiya sülhməramlıları da artıq Qarabağı tərk edir. Bu da çox müsbət hadisədir. Ümid edirik ki, bundan sonra tərəflərin daimi birbaşa təması üçün mexanizm də yaradılacaq”.

C.Şarp ölkəsinin COP29 çərçivəsində mühüm dəstəyini də qeyd edib: "COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq. Bu, həmçinin böyük məsuliyyətdir”.

Oxşar xəbərlər

Səfir: "COP29-a Azərbaycanın, COP30-a isə Braziliyanın ev sahibliyi mühüm əhəmiyyət kəsb edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
BƏƏ səfiri: "Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şarl Mişel Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaları alqışlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyanın baş naziri: “Azərbaycan COP29-un öhdəsindən layiqincə gələcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər