Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) arasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib.
“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və AQEM-in Baş katibi Kayrat Sarıbay arasında aparılıb.
Görüşdə AQEM-də sədrliyin Azərbaycana keçməsindən məmnunluq ifadə olunub.
Tərəflər Azərbaycanın AQEM-də, o cümlədən AQEM-in İşgüzar Şurasında sədrliyinin prioritetləri, 2024-cü ilin 4-cü rübündə Bişkekdə keçirilməsi planlaşdırılan İşgüzar Şuranın yeddinci plenar sessiyasına və doqquzuncu Biznes Forumuna hazırlıq, bununla yanaşı regional iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparıblar.
Oxşar xəbərlər
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
Çin səfiri ilə COP29-a hazırlıq müzakirə olunub
COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
Azərbaycan və ABŞ rəsmiləri COP29-la bağlı müzakirələr aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













