Miller: ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə dialoqu alqışlayır
Biz açıq şəkildə bildirdik ki, dialoqu alqışlayırıq (Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair).
"Report"un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə Azərbaycan və Ermənistan arasında gələcək mümkün təmaslara dair sualı cavablandırarkən deyib.
M.Miller bildirib ki, problemin həlli danışıqlar masasından keçir.
"Qarşıdan gələn danışıqlar barədə danışmaq istəmirəm. Biz dialoqu alqışladığımızı açıq şəkildə bildirdik. Bu dialoqun asanlaşdırılması üçün istənilən rolu oynamaqdan məmnunuq və buna davam edəcəyik. Hər hansı konkret görüşlərdən əvvəlcədən danışmaq istəmirəm”, - Dövlət Departamentinin sözçüsü əlavə edib.
Qeyd edək ki, Ermənistan Azərbaycan tərəfinin “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verib. Söhbət “Sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantından gedir.
Oxşar xəbərlər
ABŞ Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Dövlət Departamenti: Qəzzada atəşkəs üçün fəal danışıqlar aparırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Azərbaycan və Ermənistanın birgə açıqlamasını alqışlayır - Dövlət Departamenti [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqton Yaxın Şərqdəki ABŞ qüvvələri ilə bağlı Tehrana xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan parlamentinin spikeri: “Yaxın 15 gün ərzində Bakı ilə sülh müqaviləsi bağlana bilər” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












