ABŞ Dövlət Departamenti: Qəzzada atəşkəs üçün fəal danışıqlar aparırıq
Birləşmiş Ştatlar Qəzza zolağında atəşkəsə nail olmaq üçün fəal danışıqlar aparmağa davam edir.
"Report"un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
“Biz BMT Təhlükəsizlik Şurasının qətnaməsinin tələb etdiyi məqsədə, yəni dərhal atəşkəs və girovların azad edilməsinə nail olmağa çalışmaq üçün fəal danışıqlar aparırıq”, - o deyib. Eyni zamanda Miller qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin bu danışıqlara hər hansı təsir göstərə biləcəyini deyə bilməz, lakin qeyd edib ki, hazırda və ötən həftəsonu davam edən danışıqlar prosesində irəliləyiş əldə olunub.
"İsrailin müdafiə naziri Yoav Qalant buradadır, o, iki saat sonra dövlət katibi Entoni Blinkenlə görüşəcək. Mən bunun (İsrailin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Qəzzaya dair qətnaməsi ilə bağlı mövqeyi) görüşdə söhbət mövzusu olacağını gözləyirəm", - Miller bildirib.
Oxşar xəbərlər
ABŞ BMT-nin Qəzza haqqında qətnaməsi ilə bağlı məsləhətləşmələr aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Departamenti: İrandakı partlayışlarda ABŞ və İsrailin əli yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Departamenti: HƏMAS xəstəxanaları komanda məntəqəsi kimi istifadə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT TŞ Qəzzada atəşkəslə bağlı qətnamə qəbul edibb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin XİN başçısı: Girovlar azad edilənədək döyüşləri davam etdirəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












