ABŞ səfiri Mark Libbi xərçənglə mübarizədə şəxsi təcrübəsini bölüşüb
ABŞ-nin Azərbaycandakı səfirliyi və Milli Onkologiya Mərkəzi xərçəng xəstəliklərinin qarşısının alınması, erkən aşkarlanması və müalicəsi mövzusunda maarifləndirmə tədbiri keçirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, tədbirdə səfir Mark Libbi xərçənglə mübarizədəki şəxsi təcrübəsini və sağlam qalmaq üçün izlədiyi strategiyanı iştirakçılarla bölüşüb.
"Bu strategiya müntəzəm tibbi müayinələr, erkən müalicə tədbirləri və sağlam həyat tərzinin qorunmasını nəzərdə tutur. Birləşmiş Ştatlar və Azərbaycan ictimai sağlamlığın inkişafı və xərçənglə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində ortaq öhdəliklərə malikdirlər",-məlumatda qeyd edilib.
ABŞ Səfirliyi və Milli Onkologiya Mərkəzi / National Center of Oncology xərçəng xəstəliklərinin qarşısının alınması, erkən aşkarlanması və müalicəsi mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbirdə Səfir Libby xərçənglə mübarizədəki şəxsi təcrübəsini və sağlam qalmaq üçün…
— U.S. Embassy Baku (@USEmbassyBaku)
Oxşar xəbərlər
ABŞ-nin Azərbaycandakı səfiri səhhətinə görə istefa verib
Uels şahzadəsi Keyt Middlton xərçənglə bağlı müalicəsini başa vurub
ABŞ səfiri Gəncədə Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının xatirəsini yad edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
