“Haber Global”ın efirində Azərbaycan liderinin son bəyanatları geniş işıqlandırılıb
Türkiyənin “Haber Global” telekanalında ekspertlərin iştirakı ilə hazırlanan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər yer alıb.
“Sizinxeber.az” xəbər verir ki, müzakirələrdə Azərbaycan rəhbərinin Ankara ilə Bakının sıx əməkdaşlığı, Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsinin yolverilməzliyi barədə sözlərinə xüsusi diqqət yetirilib.
Azərbaycan liderinin “Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir” ifadəsinə xüsusi əhəmiyyət verən ekspertlər Prezident İlham Əliyevin Yaxın Şərqdə, xüsusilə Fələstin və Suriyadakı vəziyyətlə bağlı mövqeyi barədə danışıblar.
İstanbul Gelişim Universitetinin doktorantı Ali Semin bildirib ki, Türk Dövlətləri Təşkilatının aktiv fəaliyyət göstərməsində Türkiyə və Azərbaycanını xüsusi rolu var. Türkiyəli siyasi ekspert Oğuzhan Bilgin isə rəsmi Tehranın Azərbaycan və Türkiyəyə qarşı siyasətini kəskin tənqid edib.
Oxşar xəbərlər
"Haber Global": Türkiyə 2025-ci ildə terrora tamamilə son qoya bilər
“Haber Global”: “İlham Əliyevin müdrikliyi onilliklər öncəki xəyalların gerçəkləşməsini təmin edib” - VİDEO
“Haber Global”: Azərbaycan diplomatik gücünü göstərdi, Moskva vurulan təyyarəyə görə üzrxahlıq etdi
“Haber Global” mükafata layiq görüldü
"Haber Global"ın 5 yaşı tamam olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?












