Münxendə Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub - YENİLƏNİB
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub.
"Report" xəbər verir ki, Prezident Volodimir Zelenski dövlətimizin başçısını seçkilərdə qələbə münasibətilə təbrik etdi, Azərbaycan Prezidentinə fəaliyyətində uğurlar arzuladı.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi, Volodimir Zelenskidən təbrik məktubu aldığını da məmnuniyyətlə qeyd etdi.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olundu.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub.
"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Münhendə İlham Əliyev ilə Volodimir Zelenskinin görüşü olub - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlar yüksək qiymətləndirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Münxendə Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə ikitərəfli görüşü olub - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lukaşenko da İlham Əliyevlə əlaqə saxladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şövkət Mirziyayev İlham Əliyevə zəng etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












