İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb - YENİLƏNİB


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına COP29-un uğurla keçirilməsi ilə bağlı təbriklərini çatdırdı və Azərbaycanın qısa müddət ərzində belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsinin yüksək qiymətləndirildiyini bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, COP29 tədbirinin keçirildiyi məkan 8 aylıq bir dövr ərzində hazırlanıb və burada yüksək ətraf mühit standartlarına və davamlılıq prinsiplərinə riayət olunub.

Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış edib. Türkiyə Prezidenti tədbir çərçivəsində təşkil olunan mədəni təqdimatın da nəfis qaydada hazırlandığını dedi.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

15:45

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər
Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib - CANLI YAYIM
Prezident İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb
Türkiyə Prezidenti və Pakistanın Baş naziri COP29-da iştirak edəcəklər
Ərdoğan İlham Əliyevə zəng etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle