Belarus səfiri: Azərbaycanla ticarət dövriyyəsi ilin sonunadək 500 milyon dolları keçəcək
Azərbaycan və Belarus arasındakı ticarət dövriyyəsi həcminə görə 500 milyon dollar həddini keçəcək. Bu, ötən ilin göstəricisindən xeyli yüksəkdir.
“Report” -ya istinadən xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov bildirib.
Onun sözlərinə görə, Prezident Aleksandr Lukaşenkonun mayda Azərbaycana dövlət səfərindən sonrakı dövrdə əldə edilmiş bütün razılaşmalar üzrə fəal işlər aparılıb.
“Bəzi sahələrdə çox ciddi irəliləyişlər var, bəzilərində işlənmə mərhələsindədir. Buna baxmayaraq, bütün 12 istiqamət üzrə yaxşı irəliləyiş və yaxşı nəticə olacaq. İndi dövlət başçıları əməkdaşlığın inkişafı məsələləri üzrə vaxtı yoxlamaq imkanına malikdirlər”, – o söyləyib.
Ravkov həmçinin qeyd edib ki, əvvəllər qarşılıqlı ticarətin həcmini növbəti iki il ərzində 1 milyard dollara çatdırmaq hədəfi qoyulub.
“Gözlənilir ki, mal və xidmətlərlə ticarətdə tərəflər artıq cari ilin yekunlarına görə 500 milyon dollar həddini inamla keçəcəklər ki, bu da ötən ilin həcmlərindən xeyli yüksəkdir”, – diplomat vurğulayıb.
Xatırladaq ki, noyabrın 11-də Belarus Prezidenti Aleksandr Lukaşenko BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya işgüzar səfərə gəlib. Eyni gün o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Oxşar xəbərlər
Overçuk: Bu il Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi 16 milyard dollara çata bilər
Çijikov: “Azərbaycanın Ukrayna ilə illik ticarət dövriyyəsinin dəyəri 500 milyon dolları ötə bilər”
Bu il Rusiyanın Azərbaycan və digər Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 38 mlrd dollara çatacaq
Belarus ət məhsulları ilk dəfə əmtəə birjası vasitəsilə Azərbaycana satılıb
Bakıda ticarət dövriyyəsi 5 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












