Vəzifəmiz odur ki, prezident seçkilərini heç bir nöqsana yol vermədən keçirək
Müşahidə kameraları bizə bir sıra nöqsanları aradan qaldırmağa kömək edib.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri səslər sayılanda otağı tərk etməməlidir: “Bu, müşahidə kameralarında görünür. Səsvermə qutuları sahibsiz qoyulmamalıdır. Hər birimizin vəzifəsi odur ki, ölkəmizin nüfuzunu qoruyub saxlayaraq, qarşıdakı prezident seçkilərini heç bir nöqsana yol vermədən keçirək. Bunun üçün üzərimizə düşən vəzifələr hamımıza aydındır. Hamımızı qarşıda məsuliyyətli və gərgin iş rejimi gözləyir. İşimizi elə qurmalıyıq ki, 7 fevral seçkiləri həm ölkəmizdə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilsin”.
Oxşar xəbərlər
Seçkilərin hər mərhələsində daha da irəli getmişik [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konstitusiya Məhkəməsinin sədri: “Azərbaycan dünyada söz sahibi olan ölkədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokurorun birinci müavini: "Seçki komissiyalarının işinə müdaxilə edənlər məsuliyyətə cəlb olunacaqlar" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












