Politoloq: Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsi onun açıq-aşkar qərəzliliyini nümayiş etdirir
sizinxeber.az xəbər saytı

Politoloq: Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsi onun açıq-aşkar qərəzliliyini nümayiş etdirir


Bakı və İrəvan arasında sülh sazişi hər iki ölkənin milli maraqlarına cavab verməlidir.

Bu barədə “Sizinxeber.az”a açıqlamasında pakistanlı politoloq Basim Reza bildirib.

Onun sözlərinə görə, bu, kənar təzyiq və ya təsirin nəticəsi deyil, tərəflərin öz qərarı olmalıdır.

Politoloq bildirib ki, sülh sazişi xarici təsir, o cümlədən Avropa Parlamentinin təsiri altında deyil, Azərbaycan və Ermənistanın milli maraqları əsas tutulmaqla imzalanmalıdır.

"Bu, bütün regionun inkişafı üçün əsasdır. Sülh sazişi hər hansı xarici təzyiq altında deyil, yalnız Azərbaycan və Ermənistan bunu istədiyi üçün imzalanmalıdır", - politoloq bildirib.

B.Reza vurğulayıb ki, Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsi qərəzlidir, çünki bu qurum Ermənistan və Azərbaycan arasındakı münaqişənin tarixini nəzərə almayıb.

Bundan əlavə, politoloq Avropa Parlamentinin Bakıda keçiriləcək COP29-u boykot etmək çağırışlarının məyusedici olduğunu qeyd edib.

"Bu cür birtərəfli hərəkətlər və sanksiyalara çağırışlar qınanmalıdır. Təəssüf ki, bütün bu çağırışların təşəbbüskarı əvvəllər iqlim dəyişikliyi ilə mübarizə məsələlərində lider olan bir təşkilatdır", - o bildirib.

Oxşar xəbərlər

Ekspert: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın müstəqil xarici siyasətini qəbul etmək istəməməsindən qaynaqlanır
Politoloq: Ermənistanın Rusiya üçün strateji rolundan danışmaq təəccüblüdür
Nikol kəndləri qaytarmaq istəyir, Rusiyanın “cavabı”na baxın…
Politoloq: Azərbaycan ŞƏT-ə üzv ölkələrlə əməkdaşlıqda mühüm rol oynayır
Rusiyalı eksperti: Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər