Azərbaycan XİN rəhbəri: Ermənistanla sülh sazişi danışıqlarında ciddi proqres var, layihənin razılaşdırılması üzrə iş aparılır
Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqres var.
Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə telefon danışığı zamanı deyib.
Nazir Ceyhun Bayramov müqabil tərəfi Azərbaycanın bölgəmizdə dayanıqlı sülhün təsis edilməsi üzrə baxışları, bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla sülh prosesi barədə ətraflı məlumatlandırıb.
XİN başçısı ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparıldığı, eyni zamanda Ermənistan Konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyi diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət naziri Stiven Dauti ilə telefon danışığı aparıb
Ceyhun Bayramov Stiven Dautinə Ermənistanla sülh prosesi barədə məlumat verib
Ceyhun Bayramov Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsini qəbul edib
Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzərində irəliləyişlərlə bağlı serbiyalı həmkarını məlumatlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











