Fransada Natəvanın heykəlinə qırmızı boya atılıb
Son günlər sosial şəbəkələrdə Fransanın Evian-le Bən şəhərində 2017-ci ildə ucaldılmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin tezliklə götürüləcəyi ilə bağlı məlumatlar işıqlandırılır.
“Report”un əldə etdiyi məlumata görə, Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya atılıb.
Heykəlin mühafizəsi məqsədilə sonradan üzərinə qoruyucu örtük sarılıb.
Qeyd edək ki, Fransanın son zamanlar kəskin şəkildə güclənən Azərbaycan əleyhinə siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib.
Fransanın “Le Messager” nəşrinin məlumatına görə, 2023-cü il dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib.
Bunun ardınca İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura dekabrın 28-də İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda İsmayıllı şəhər mərkəzi parkına Azərbaycan şairi Xurşidbanu Natəvanın adının verilməsi təklif olunur.
Qəribədir ki, məsələ ilə bağlı hələlik nə rəsmi Paris, nə də mədəni irsin mühafizəsinə cavabdehlik daşıyan və Fransanın ev sahibliyi etdiyi UNESCO reaksiya verib.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib. 2017-ci ildə burada “Azərbaycan Parkı” açılıb. 2015-ci ildə imzalanan xartiyaya əsasən İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq parkı” lövhəsi də yerləşdirilib.
Oxşar xəbərlər
Fransa şəhərinin antiazərbaycan addımı: Natəvan abidəsi sökülmək təhlükəsi altındadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: “Sevən sevdiyini Parisə yox, Şuşaya aparsın” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa şəhəri ilə imzalanmış sənəd qüvvədən düşüb, İsmayıllı şəhər mərkəzi parkı Natəvanın adını daşıyacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransadakı soydaşlarımız Evian-lö Bən şəhər meriyasına etiraz ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: "Ermənistanı yenidən silahlandıranlar məqsədlərinə nail ola bilməyəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












