Aleksandr Bortnikov: NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır
sizinxeber.az xəbər saytı

Aleksandr Bortnikov: NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır


NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Astanada MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasında bildirib.

Onun sözlərinə görə, Qərb Ermənistanın KTMT-dən çıxmasına can atır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha da asılı vəziyyətə salacaq.

“Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla, Ermənistan-Azərbaycan nizamlanmasına başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. Cənubi Qafqazda NATO blokunun möhkəmlənməsi təbii ki, regionda sabitliyə kömək etməyəcək”, - deyə Rusiya FTX rəhbəri qeyd edib.

Oxşar xəbərlər

Xavyer Kolomina yeni vəzifəyə təyin olunub
Kobaxidze: NATO hazırda Gürcüstanla aktiv genişlənmə danışıqları aparmır
Medvedev: NATO müqaviləsinin V maddəsi alyansın Rusiyanı təhdid edən kiçik ölkələrinə kömək etməyəcək
Rusiya FTX direktoru: ABŞ və müttəfiqləri döyüş zonasını Belarus və Moldovaya qədər genişləndirmək istəyir
Xavyer Kolomina: "NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə səyləri dəstəkləyir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər