Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları ölkəyə gətirilib
Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşının ölkəyə qayıdışı təmin edilib.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
Qeyd edilib ki, Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, onların ölkəyə geri qaytarılması məqsədilə dərhal Rusiya Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb.
Bildirilib ki, bununla yanaşı, saxlanılmış vətəndaşlar ilə səfirlik tərəfindən telefon danışığı baş tutub.
"Azərbaycan vətəndaşlarının ölkətə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib", - məlumatda deyilir.
Oxşar xəbərlər
Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib
Azərbaycan və Rusiya XİN rəhbərləri cari regional vəziyyəti müzakirə ediblər
Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…
Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub
Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












