Bu səfirliklər "Abzas media"nı qanunsuz maliyyələşdirib - XİN
ABŞ, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri "Abzas media"nın qanunsuz maliyyələşdirilməsində iştirak edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-nin və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılarkən bildirilib.
Görüşlərdə, bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.
BŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub.
Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.
Oxşar xəbərlər
ABŞ, Almaniya və Fransa diplomatları Azərbaycan XİN-ə çağırılıb, rəsmi Bakının etirazları çatdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşdü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN Qarabağdakı qondarma seçkini tanımayan dövlətlərə təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov almaniyalı həmkarı ilə Azərbaycan-Ermənistan arasında sülh perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DTX Vardanyanla bağlı məlumat yaydı - Video [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












