Azərbaycan diplomatiyası Bakıda keçiriləcək iqlim sammitinə hazırlıqlara fəal töhfə verir
sizinxeber.az xəbər saytı

Azərbaycan diplomatiyası Bakıda keçiriləcək iqlim sammitinə hazırlıqlara fəal töhfə verir


Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev bu ölkənin işgüzar dairələri ilə görüşü zamanı iki dövlət arasında əlaqələrin perspektivlərini və Bakıda keçiriləcək iqlim sammitinə hazırlıq məsələlərini müzakirə edib.

“Report” bu barədə Azərbaycanın Haaqadakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Səfir Rəhman Mustafayev sentyabrın 11-də Haaqada 100-ə yaxın Niderland şirkətinin, özəl sektorda fəaliyyət göstərən startapların, biznes assosiasiyalarının rəhbərləri və nümayəndələri ilə görüşüb. Görüş Azərbaycan Xarici İşlər Nazirliyinin COP29 iqlim sammitinə hazırlıqla bağlı işi çərçivəsində baş tutub”, - məlumatda bildirilib.

Görüş səfirlik tərəfindən Niderlandın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsinin ofisi ilə birgə müzakirə forumu formatında təşkil olunub.

Səfir forum iştirakçılarına ikitərəfli Azərbaycan-Niderland iqtisadi əlaqələrinin vəziyyəti və perspektivləri, COP29 çərçivəsində Bakı sammitinin hazırlanması ilə bağlı Azərbaycan tərəfinin gördüyü işlər, Azərbaycan sədrliyinin prioritetləri və təşəbbüsləri, eləcə də bu təşəbbüslərin həyata keçirilməsində Niderlandın özəl sektorunun mümkün iştirakı barədə məlumat verib.

Həmin gün baş tutan görüşdə səfir və “ILX Management” şirkətinin icraçı direktoru Manfred Shepers Azərbaycanla “yaşıl enerji” sahəsində gələcək əməkdaşlığın perspektivlərini və bu ilin noyabrında Bakıda keçiriləcək iqlim sammitində iştirakını müzakirə ediblər.

Bildirilib ki, “ILX Management” Azərbaycanla fəal əməkdaşlıq edir, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə Azərbaycanda ilk və Cənubi Qafqaz regionunda ən böyük "təmiz" elektrik enerjisi layihəsi olan Abşeron-Xızı külək elektrik stansiyasının 240 meqavat gücündə layihəsinə xeyli vəsait yatırıb.

“Diplomat qeyd edib ki, pensiya fondları ənənəvi olaraq maliyyə bazarının ən mühafizəkar oyunçularıdır. Odur ki, “ILX Management” kimi nəhəng şirkətin Azərbaycanda alternativ enerji layihəsində iştirakı Azərbaycan iqtisadiyyatının bu sektorunun yüksək cəlbediciliyindən və ölkə rəhbərliyinin “yaşıl keçid”in təmin edilməsi üzrə səriştəli siyasətindən xəbər verir”, - məlumatda bildirilib.

Oxşar xəbərlər

Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib
COP29-un baş danışıqçısı Qırğızıstanın nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib
Azərbaycan və ABŞ rəsmiləri COP29-la bağlı müzakirələr aparıb
Azərbaycan Maliyyə Nazirlərinin İqlim Fəaliyyəti üzrə Koalisiyasının nümayəndələri ilə əməkdaşlıq edəcək
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle