Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir
sizinxeber.az xəbər saytı

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir


Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatı ədalətsiz və tamamilə əsassızdır.

Bunu "Report"un Fransa bürosuna bu ölkənin Milli Assambleyasının sabiq üzvü, fəxri deputat Jan-Lük Reitzer bildirib.

“Mən Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana dair açıqladığı sərt səyahət xəbərdarlığını eşidəndə əvvəlcə bunun bir zarafat olduğunu düşündüm. Fransa tərəfindən verilmiş bu cür əsassız qərar inanılmaz və qəbuledilməzdir. Mən ətrafımda Azərbaycanın adı çəkiləndə bu ölkəyə səyahət etməyi tövsiyə edirəm. Fransa mediasının Azərbaycanı yanlış təqdim etməyə çalışdığını bildirirəm. Təklif edirəm ki, fransalılar özləri Azərbaycana gedib ölkə ilə tanış olsunlar və özləri bu ölkə haqqında fikir yaratsınlar. Heç bir Fransa vətəndaşı Azərbaycanda təhlükədə deyil. Bu çağırış birmənalı şəkildə ədalətsiz və əsassız bir xarakter daşıyır”, - o bildirib.

Qeyd edək ki, Fransa XİN vətəndaşlarına Azərbaycana səyahət etməməyi tövsiyə edib. Bununla bağlı Azərbaycan XİN bəyanat verərək, belə bir çağırışın absurd olduğunu bildirib.

Oxşar xəbərlər

Rəsmi Bakı: Fransadan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik
Ayxan Hacızadə Fransa XİN-in Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına münasibət bildirib
Makrondan Azərbaycana səyahət qadağası: səriştəsizliyin növbəti nümünəsi - ANALİZ
XİN: Fransanın Azərbaycana qarşı iddialar səsləndirməyə heç bir mənəvi haqqı yoxdur
Fransa Azərbaycana hərbi müdaxilə edə bilər? - Lekornu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər