Fransa Qvineyasından olan QHT üzvü: Dilimiz tədris olunmur, milli məktəbimiz yoxdur
sizinxeber.az xəbər saytı

Fransa Qvineyasından olan QHT üzvü: Dilimiz tədris olunmur, milli məktəbimiz yoxdur


Ölkəmiz həm siyasi, həm iqtisadi, həm hərbi, həm də mədəni cəhətdən Fransa tərəfindən işğal edilib.

Sizinxeber.az xəbər verir ki, bunu Fransa Qvineyasında Dekolonizasiya və Sosial Azadlıq Hərəkatının üzvü Brays Noel Epalli Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsi, Bakı Təşəbbüs Qrupu və QH Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" adlı tədbirdə deyib.

O bildirib ki, həmçinin ölkədə ABŞ-ın müxtəlif hərbi sənaye qurumları yerləşib: "Ölkədə güc strukturu Fransa tərəfindən göndərilən kəşfiyyat və polis qüvvələrinin əlindədir. Parlamentimizdə təmsil olunanların yalnız ikisi qvineyalıdır. Sərvətlərimiz istismar olunur. 10 tona yaxın qızılımız oğurlanıb. Biz 5 milyon avroluq bu sərvətimizdən özümüz istifadə edə bilmirik. Həmçinin neft və kömür yataqlarımız istismar edilir. Kənd təsərrüfatı zənginliklərimiz digər ölkələrə ötürülür. Meşələrimizdən, biomüxtəlifliyimizdən istifadə edirlər, karbon yataqlarımız Fransanın əlindədir".

Nümayəndə qeyd edib ki, əgər dominantlıq mədəni səviyyədə də tətbiq edilmirsə, o dominantlıq tam hesab edilmir və bu mənada Fransa Qvineyada mədəni cəhətdən də dominantlıq edir.

"Bizim dilimiz tədris olunmur, milli məktəbimiz yoxdur. İbtidai sinifdən uşaqlara Fransa tarixi, coğrafiyası, fransız dili öyrədilir. Rektorlar fransızlardır. Fransa BMT qətnamələrini pozur və xalqımızın öz hüquqlarından istifadəsini məhdudlaşdırır. Əhalinin 53 faizi yoxsulluqdan əziyyət çəkir. Amma bu rəqəm rəsmi olaraq az göstərilir. Tələbələr yer tapa bilmədikləri üçün toplu şəkildə qalırlar. İnsanlarımız çox acınacaqlı vəziyyətdədir, ölkə daxilində normal hərəkət edə bilmirlər. Bəzi insanlar daşqın təhlükəsi olan yerlərə yaşamaq məcburiyyətin qalıb. Son illərdə aviasiya şirkətimiz də ləğv olunub. Ölkə sərhədlərini tərk etməyimiz məhdudlaşdırılıb".

Oxşar xəbərlər

Yeni kaledoniyalı assosiasiya sədri: Fransa dominantlığından azad olmaq istəyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tural Gəncəliyev: Neokolonializm siyasəti yürüdən Fransa Ermənistandan sui-istifadə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azəriqaz"ın ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti dayandırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN: Azad edilmiş ərazilərdə bu il 955 mina, 1405 PHS aşkarlanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər