Yeni kaledoniyalı assosiasiya sədri: Fransa dominantlığından azad olmaq istəyirik
sizinxeber.az xəbər saytı

Yeni kaledoniyalı assosiasiya sədri: Fransa dominantlığından azad olmaq istəyirik


"Bu gün Fransa Yeni Kaledoniyada həm siyasi, həm də mədəni səviyyədə dominantlıq edir. Biz ölkəmizin suverenliyini bərpa etmək, Fransanın dominantlığından azad olmaq istəyirik".

Sizinxeber.az xəbər verir ki, bunu Yeni Kaledoniya İncəsənət Adamları Assosiasiyasının sədri Aleks Loic Oue Toura Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsi, Bakı Təşəbbüs Qrupu və QH Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" adlı tədbirdə deyib.

O bildirib ki, bunun üçün dekolonizasiya siyasəti geniş vüsət almalıdır: "Bu istiqamətdə müxtəlif fəaliyyətlər həyata keçiririk. Həm güc, həm də danışıqlar yolu ilə milli müstəqillik əldə etmək olar. Bu gün kanaklı gənclər müstəqillik uğrunda mübarizə aparır. Kanakda 30 yaş aralığında gənclər 80 min təşkil edir. Çox təəssüf ki, onlar arasında fikir ayrılıqları var. Bəziləri azadlıq istəsələr də, bəziləri ənənəvi sistemin qalmasını arzulayır. Lakin inkişaf istəyiriksə, azad olmalıyıq. Bu gün məqsədimiz ondan ibarətdir ki, şəbəkələşək və insanlar arasında əlaqələrin güclənməsinə nail olaq. Yalnız bu yolla etibarlı şəkildə gələcəyimizi müəyyənləşdirə bilərik".

Oxşar xəbərlər

Fransa Qvineyasından olan QHT üzvü: Dilimiz tədris olunmur, milli məktəbimiz yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tural Gəncəliyev: Neokolonializm siyasəti yürüdən Fransa Ermənistandan sui-istifadə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Si Cinpin: Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azəriqaz"ın ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti dayandırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər