Abbas Abbasov: Fransa süni referendum keçirərək Mayotu işğal edib
Mayot adasının işğalının beynəlxalq təşkilatlarda müzakirəsi Fransa tərəfindən bloklansa da, BTQ bu mövzunu yenidən gündəmə gətirdi və bundan sonra da Mayot xalqına dəstək nümayiş etdirəcək.
"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasovu Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bugünkü tədbir Mayot adasına həsr olunub:
"1975-ci ildə Qəmər Adaları müstəqilliyini elan etdikdən bir il sonra Fransa süni referendum keçirərək Mayotu işğal edib. Bundan sonra bütün beynəlxalq təşkilatlarda Mayotla bağlı məsələlər bloklanıb. Ancaq bu işğalla bağlı BMT qətnamələri mövcuddur.
BTQ bu məsələni yenidən gündəmə gətirərək beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəldib. BTQ bundan sonra da BMT-nin Mayotla əlaqədar qətnamələrinin icra olunması ilə bağlı tədbirlər keçirəcək. Biz beynəlxalq hüquq müddəalarını müdafiə edəcəyik".
Oxşar xəbərlər
Abbas Abbasov: Fransa Mayot adasının işğalının beynəlxalq təşkilatlarda müzakirəsinə imkan vermir
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu son bir il ərzində 16 beynəlxalq tədbir təşkil edib
BTQ-nin təşəbbüsü ilə keçirilən konfransda “Mayot mübarizəsi” adlı videomaterial nümayiş etdirilib
Hüquqşünas: Fransa Mayotda qeyri-qanuni işğalla insanların taleyi ilə oynayır
Bakıda “Mayot. Ölüm adası” adlı film təqdim ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













