Azərbaycan XİN vətəndaşları Livana səfər etməməyə və orada yaşayanları qısa müddətdə ölkədən çıxmağa çağırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan XİN vətəndaşları Livana səfər etməməyə və orada yaşayanları qısa müddətdə ölkədən çıxmağa çağırıb


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Livana səfər etməməyə və orada yaşayanları qısa müddətdə ölkədən çıxmağa çağırıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, Livanın yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.

"Eyni zamanda, hazırda Livanda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Fransa XİN öz vətəndaşlarını İranı tərk etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ öz vətəndaşlarına Livana səfər etməməyi tövsiyə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa aviaşirkətləri Livana uçuşları dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər