Fransa aviaşirkətləri Livana uçuşları dayandırıb
Fransanın “Air France” və “Transavia” aviaşirkətləri İsrailin Livanın "Hizbullah" hərəkatına qarşı mümkün əməliyyatı ilə əlaqədar təhlükəsizlik təhdidləri ilə bağlı narahatlıqlar fonunda Livana uçuşları dayandıracaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.
““Air France” aviaşirkəti uçuş təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək üçün xidmət etdiyi ərazilərdə geosiyasi vəziyyətin inkişafını daim izləyir”, - aviaşirkətin mətbuat xidmətindən bildirilib.
Uçuşların dayandırılması iyulun 29 və 30-na planlaşdırılan reyslərə təsir edəcək. Eyni zamanda, Almaniyanın “Lufthansa Group” aviadaşıyıcısı Livanın paytaxtı Beyruta uçuşlara qoyulan qadağanın avqustun 5-dək uzadıldığını açıqlayıb. Daha əvvəl Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Həbib bildirmişdi ki, bir sıra xarici aviaşirkətlər İsrailin Livana hücumundan ehtiyatlandıqları üçün Beyruta uçuşları dayandırıb.
.
Oxşar xəbərlər
İsrailin Livana PUA zərbəsi nəticəsində səhra komandiri öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Livana zərbə endirib, ölənlər və yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail qırıcıları Livana zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Livana xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah"ın obyektlərinə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












