GUAM-ın Azərbaycandakı seçkiləri müşahidə missiyasının tərkibi açıqlanıb
Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin monitorinqində iştirak edəcək Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) müşahidəçilər missiyasının tərkibi açıqlanıb.
Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, GUAM-ın baş katibi Altay Əfəndiyev missiyanın rəhbəri təyin edilib.
Bundan əlavə, Gürcüstan parlamentinin deputatı David Matikaşvili, Ukrayna Ali Radasının deputatı Mixail Papiyev və qurumun Katibliyinin proqram koordinatorları Teymuraz Kiladze və Səbuhi Tamirov GUAM missiyasının tərkibində Azərbaycanda keçiriləcək seçkiləri müşahidə edəcəklər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və sentyabrın 1-nə növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Oxşar xəbərlər
ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri onun tərkibi barədə danışıb
Gələn həftədən parlament seçkilərinin təşviqat kampaniyası başlayır
Azərbaycan növbədənkənar parlament seçkiləri ilə əlaqədar 20 beynəlxalq təşkilata dəvət göndərib - SİYAHI (EKSKLÜZİV)
Sabahdan ATƏT DTİHB-in müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayacaq
Missiya rəhbəri: ATƏT DTİHB qarşıdakı həftələrdə MSK ilə səmərəli əməkdaşlığa ümid edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













