Missiya rəhbəri: ATƏT DTİHB qarşıdakı həftələrdə MSK ilə səmərəli əməkdaşlığa ümid edir
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) qarşıdakı həftələrdə Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) ilə səmərəli əməkdaşlığa ümid edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati Bakıda keçirilən mətbuat konfransı zamanı deyib.
D.Buşati vurğulayıb ki, missiya artıq Azərbaycan Xarici İşlər Nazirliyində və Mərkəzi Seçki Komissiyasında görüş keçirib: “DTİHB indiyədək Azərbaycanda 13 dəfə seçki müşahidə missiyası həyata keçirib. Sonuncu monitorinq fevralda keçirilən növbədənkənar prezident seçkiləri zamanı aparılıb”.
Missiya rəhbəri qeyd edib ki, seçkiləri müəyyən olunmuş prinsiplərə uyğun müşahidə edəcəklər: “Missiyasının yekun hesabatı seçki prosesi başa çatdıqdan bir neçə ay ərzində dərc olunacaq. Hesabatda biz də öz təklif və tövsiyyələrimizi təqdim edəcəyik. Müşahidələr şəffaf aparılacaq”.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Oxşar xəbərlər
Sabahdan ATƏT DTİHB-in müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri onun tərkibi barədə danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahdan ATƏT DTİHB-in müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ATƏT-in müşahidə missiyası sabahdan Azərbaycanda fəaliyyətə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ATƏT/DTİHB müşahidə missiyasının rəhbəri: Missiyamızı təsbit edilmiş prinsiplərə uyğun həyata keçirəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












