Bakı və İslamabad quru nəqliyyat marşrutlarının inkişafı hesabına ticarət dövriyyəsini artırmaq niyyətindədir
Pakistan Azərbaycanla quru nəqliyyat marşrutlarının inkişafı hesabına ticarətin genişləndirilməsinə böyük əhəmiyyət verir.
“Report” Pakistan mediasına istinadən xəbər verir ki, bu barədə Pakistanın özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovla görüşündə bildirib.
"Pakistan və Azərbaycan Birgə Ticarət Palatasının fəaliyyəti quru yolu ilə əlaqələr hesabına ticarətin təşviqinə yönəlib. Pakistan və Azərbaycanı tarixi, coğrafi və dini bağlar birləşdirir. Pakistan ikitərəfli ticarət və əməkdaşlığı təşviq etməyə səy göstərir", - Xan qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər və cari regional vəziyyət də müzakirə olunub.
Azərbaycan səfiri bildirib ki, Pakistan və Azərbaycan arasında dostluq münasibətləri inkişaf etməyə davam edəcək.
Oxşar xəbərlər
İkram Şeyx: B2B formatında əməkdaşlığın genişləndirilməsi Azərbaycanla ticarəti gücləndirəcək
Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək
Dekabrda Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Azərbaycan və Pakistan biznes üçün erkən fəaliyyət planının hazırlanması barədə razılığa gəlib
Əli Əsədov pakistanlı nazirlə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
