Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışlayıb
“Biz Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə edilən irəliləyişdən və bu gün Vaşinqtonda bununla bağlı ifadə olunan iradədən məmnunuq”.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ lideri Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmalarla bağlı "X"dəki səhifəsində yazılıb.
"Qlobal gərginlik və böhranların getdikcə artdığı bu dönəmdə atılan bu addım regional sülh və sabitliyin təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. ABŞ hakimiyyətini prosesə verdiyi dəstəyə görə təqdir edirik. Cənubi Qafqazda hüzur və rifahın təmin olunması üçün tarixi fürsət əldə olunub. Türkiyə olaraq bu fürsətin reallaşması üçün ortaya qoyulan səylərə töhfə verməyə davam edəcək və can Azərbaycanın məhsuldar səylərini dəstəkləyəcəyik", - paylaşımda qeyd olunur.
Oxşar xəbərlər
Ərdoğan: Türkiyə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir
Ərdoğan: Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün ortaya qoyulan bütün səyləri dəstəkləyirik
Paşinyan "Makronun Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı səylərini" alqışlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
