ABŞ səfirliyi Hidayət Heydərovu Olimpiadada qazandığı qələbə münasibətilə təbrik edib
ABŞ-nin Azərbaycandakı səfirliyi cüdoçu Hidayət Heydərovu Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Sədaqətiniz və zəhmətiniz həqiqətən öz bəhrəsini verdi. Bu nailiyyət Azərbaycan idmançısının istedadının və əzmkarlığının sübutudur. Biz də Azərbaycan yığmasını alqışlayırıq. Qarşıda daha böyük uğurlar və qızıl medallar qazanılsın”, - paylaşımda qeyd edilib.
Xatırladaq ki, azərbaycanlı cüdoçu Hidayət Heydərov ötən gün Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı rəqibi Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.
Congratulations Hidayat Heydarov on winning the gold medal! Your dedication and hard work have truly paid off. Enjoy this incredible achievement—it's a testament to your talent and perseverance. And congratulations Team Azerbaijan - here’s to more success and gold medals ahead!…
— U.S. Embassy Baku (@USEmbassyBaku)
Oxşar xəbərlər
Almaniya səfiri Hidayət Heydərovu qələbə münasibətilə təbrik edib
Hidayət Heydərov Olimpiya çempionu oldu
Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb
MOK-un vitse-prezidenti: Hidayətin qələbəsi bütün Azərbaycanı sevindirdi
Moldovanı təmsil edən azərbaycanlı cüdoçu: Arzuma çatdığımı deyə bilərəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













