sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Oyunlarındakı medal sıralamasında 15-ci pillədə qərarlaşıb.
"Report" xəbər verir ki, hələlik komandanın aktivində bir qızıl mükafat var.
Cüdoçu Hidayət Heydərov (73 kq) ötən gün olimpiya çempionu adını qazanıb.
Ölkəmizlə birlikdə Rumıniya və Özbəkistan da bir qızıl medalla 15-cidir.
Siyahıya 6 qızıl, 2 gümüş və 4 bürünc mükafatla Yaponiya kollektivi başçılıq edir. Meydan sahibi Fransa (5 qızıl, 8 gümüş və 3 bürünc) ikinci, Çin (5 qızıl, 5 gümüş, 2 bürünc) üçüncü yerdədir.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan medal sıralamasında 13-cü yerə qalxdı - FOTO
Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib
Paris-2024: Azərbaycan ilk medalı təmin edib
Azərbaycan güləşçisi Avropa çempionatının qızıl medalını qazanıb
Paris-2024-də ilk medalçılar bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













