İsrail səfiri: Sülhün Yaxın Şərqdə və Cənubi Qafqazda hökm sürəcəyinə ümid edirəm
İsrail səfiri kimi diplomatik missiyamın bitməsi münasibətilə bu gün vida görüşü üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşmək şərəfinə nail oldum.
Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail səfiri Corc Dik özünün “X” hesabında bildirib.
Səfir son 6 ildəki əməkdaşlıq, etimad və dostluq üçün nazirə və XİN-ə minnətdarlıq edib.
Diplomat qeyd edib ki, səfir kimi fəaliyyət göstərdiyi dövrdə ən mühüm məqam 2023-cü ildə İsraildə Azərbaycan səfirliyinin açılması olub.
“Bu bizim tərəfdaşlığımızın dərinləşdiyini göstərən tarixi bir addım idi. Buradan gedərkən özümlə sadəcə xatirələr yox, həm də ümid aparıram. Ümidim odur ki, əlaqələrimiz genişlənməyə davam edəcək və sülh Yaxın Şərqdə, Cənubi Qafqazda və digər yerlərdə hökm sürəcək”, - səfir vurğulayıb.
Oxşar xəbərlər
XİN rəhbəri İsrail səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Ceyhun Bayramov Fələstinin yeni səfiri ilə görüşüb
Ceyhun Bayramov diplomatik missiyası başa çatan Fələstin səfirini qəbul edib
Azərbaycan Prezidenti: Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib
Ceyhun Bayramov Belarus səfiri Andrey Ravkovu qəbul edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












