Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş gələn ay qüvvəyə minir
Pekində aprelin 23-də imzalanmış “Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” iyulun 16-da qüvvəyə minir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduralar tamamlanıb.
Sazişə əsasən, Azərbaycanın etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çinin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində 30 gündən çox olmamaqla və hər 180 günlük dövr ərzində ümumilikdə 90 gün müddətini aşmamaqla viza tələbindən azad edilir.
Oxşar xəbərlər
Bu gündən Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur
Prezident İlham Əliyev Azərbaycanla Çin arasında viza rejiminin ləğvini təsdiqləyib
MM Azərbaycan və Şimali Makedoniya arasındakı viza rejiminin qismən ləğvi ilə bağlı sazişi ratifikasiya edib
Azərbaycan və Çin vətəndaşları qarşılıqlı şəkildə vizadan azad edilib
Azərbaycanla Mərakeş arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 28-dən qüvvəyə minir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













