ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd ölkənin ÜST-dən çıxmasını dəstəkləyib
sizinxeber.az xəbər saytı

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd ölkənin ÜST-dən çıxmasını dəstəkləyib


ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Elise Stefanik Donald Trampın ölkəni Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarmaq qərarını dəstəklədiyini bildirib.

"Report" xəbər verir ki, o, bunu Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

“Prezident Trampın qərarını dəstəkləyirəm... ÜST qlobal səhnədə COVID pandemiyasına qarşı mübarizədə uğursuzluğa düçar oldu", - o bildirib.

O, eyni zamanda, ABŞ-nin səhiyyə sahəsində dünya lideri kimi statusunu qoruyub saxlayacağına əminliyini ifadə edib.

Xatırladaq ki, 2025-ci il yanvarın 20-də Tramp ABŞ Prezidenti kimi səlahiyyətlərinin icrasına başladıqdan sonra ölkənin ÜST-dən çıxması haqqında fərman imzalayıb.

Oxşar xəbərlər

Britaniyada ABŞ-nin ardınca ÜST-dən çıxmağa çağırış edilib
Çinin BMT-dəki daimi nümayəndəsi vəzifəsini tərk edəcək
Tramp ABŞ-nin ÜST-dən çıxması ilə bağlı fərman imzalayıb
KİV: Tramp ABŞ-ni ÜST-dən çıxara bilər
Aİ-nin ali nümayəndəsi: ABŞ ilə tərəfdaşlığın davamını gözləyirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər